Kürdəmirdə icra başçısı tələbələrlə görüşdü

Kürdəmirdə icra başçısı tələbələrlə görüşdü Bu gün Kürdəmir rayonda ali təhsil məktəblərinə qəbul olan tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməklə dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Rayon Təhsil şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov,şəhər 1 saylı tam orta məktəbin məzunu, Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Aysel Cəbrayılova çıxış edərək ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğılardan danışıblar.

Kürdəmirdə icra başçısı tələbələrlə görüşdü

Tədbirdə yekun nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulayıb.
“Heydər Əliyev Fondu”nun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son 10 ildə 400-dən çox yeni məktəb, uşaq bağçası, internat məktəbi tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilib. Son illərdə rayonumuzda 38 yeni müasir standartlara cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilib. 2015-2016-cı dərs ili ərəfəsində Ölkə rəhbərimiz İlham Əliyevin Kürdəmir rayonuna tarixi səfəri və bu səfər zamanı bir sıra sosial obyektlərin açılışı ilə yanaşı rayonun Atakişili kənd tam orta məktəbi yanında 624 yerlik müasir standartlara cavab verən yeni tədris binasının açılışında da iştirak etmişdir.

Kürdəmirdə icra başçısı tələbələrlə görüşdü

2019-cı ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 953 nəfər məzundan 485 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə verib, 294 nəfəri , və ya sənəd verənlərin 60,6%-i ali məktəblərə, 108 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul zamanı tələbə adını qazananlardan 42 nəfəri 500 baldan, o cümlədən 7 nəfəri 600 baldan çox nəticə göstərib.
Şəhər 1 saylı tam orta məktəbin məzunu Cəbrayılova Aysel Elxan qızı 642 ballıq nəticə göstərərək Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsinə qəbul olub. Şəhər 3 saylı tam orta məktəbin məzunu Şirəliyeva İlknur Vilayət qızı 641 ballıq nəticə göstərərək Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsinə qəbul olub. 2018-2019-cu tədris ilində – şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Qafurlu Ülvi Elşən oğlu Bakı şəhərində keçirilən fənn olimpiadasının final mərhələsində coğrafiya fənnindən III yeri tutaraq bürünc medal qazanıb”- deyə icra başçısı bildirib.

Kürdəmirdə icra başçısı tələbələrlə görüşdü

Tehsil-press.az

Oxşar xəbərlər