
Peşə təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun 2-ci turu bu gün başlayıb. Sentyabrın 5-dək davam edəcək müsabiqədə 1-ci turda iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər.
Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılacaq.
İkinci turun nəticələrinin sentyabrın 6-da elan olunacağı nəzərdə tutulur.
Tehsil-press.az