Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki müəyyənləşib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 22-də elan edilmiş müsabiqədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Namizədlərlə müsahibələr DİM-in Bakıda yerləşən inzibati binasında keçiriləcək.
Müsahibələrin Hesablama Palatası, Energetika Nazirliyi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsi üzrə vakant vəzifələri əhatə etməklə iyulun 6-dan iyulun 17-dək keçirilməsi nəzərdə tutulur.
Müsabiqəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Energetika Nazirliyinin insan resursları və dövlət qulluğu şöbəsi, kadr siyasəti sektorunda məsləhətçi (1 vakant yer üzrə 33 namizəd), Bakı şəhəri Xətai Rayon Məhkəməsində məhkəmə iclasının katibi (3 vakant yer üzrə 12 namizəd), hakimin köməkçisi (3 vakant yer üzrə 15 namizəd) vəzifələri üzrə müşahidə edilir.
Ən yüksək müsabiqə vəziyyəti Energetika Nazirliyi (6 vakant vəzifə üzrə 39 namizəd) üzrə qeydə alınıb.
Namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər