Putin etiraf etdi: Moskva problemlərdən xali deyil

Putin etiraf etdi: Moskva problemlərdən xali deyil Rusiya Prezidenti Vladimir Putin Moskvanın inkişafını yüksək qiymətləndirib, amma şəhərin problemlərdən xali olmadığını da deyib.
V.Putin bunu Şəhər günü münasibətilə təşkil olunan tədbirdə deyib.
Prezident bildirib ki, Moskvada son illərdə rahat və işgüzar mühit, sosial və rəqəmsal infrastrukturun yaradılması üçün çox işlər görülüb:
“Bununla belə, bu miqyasda meqapolisdə problem olmaya bilməz. Onlar kifayət qədərdir. Amma çoxlu işlər də görülməkdədir. Bütün parklar, küçələr, prospektlər vahid ansamblı – hamımızın sevdiyi və qürur duyduğu Moskvanı yaradır”.

Tehsil-press.az

Oxşar xəbərlər