Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinə 2,0 milyon manat ayrılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2,0 milyon manat ayrılıb.
Tehsil-press.az
- Baxış: 7284
Xəbərin tarixi: 08.08.2018 / 09:34
-
Oxşar xəbərlər