Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili və sayının artırılması, yeni təyinatlar, vakansiyaların təqdim edilməsi, uşaq incəsənət və musiqi məktəblərinə şagird qəbulunun nəticələri, dərs bölgüsünün düzgün aparılması, social şəbəkələrdə aktivliyin artırılması və məlumatların vaxtında işıqlandırılması, mətbuat xidməti ilə əlaqələrin gücləndirilməsi, tədbirlərin keçirilməsi ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.
Müşavirədə Sumqayıtın 70 illik yubileyi ilə bağlı regional tədbirlərin keçirilməsi, mahnı, şeir və rəsm müsabiqələrinin nəticələri və yekun tədbirinə hazırliqla bağlı müzakirələr aparılıb.
Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Oxşar xəbərlər