Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirə altı ayın yekunlarına həsr olunub.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov müşavirəni açaraq Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi haqqında məlumat verib. Daha sonra Mehman Şükürov müəssisələrin fəaliyyəti haqqında danışıb. “Son vaxtlar qazanılan uğurlar bizdə arxayınlıq hissi yaratmamalı, məsuliyyətimizi artırmalıdır” deyən idarə rəisi müəssisələrdə aşkarlanan problemlərlə bağlı müəssisə rəhbərlərini tənqid edib. Qeyd edib ki, region şəbəkəsinə daxil olan musiqi məktəblərinin müəllimlərdən ibarət xor kollektivi, ansambllar, orkestrlər yaradılmalı və təqdimatı keçirilməlidir. Bundan əlavə, Mehman Şükürov klub müəssisələrinin və kitabxanaların rəhbərlərinə ciddi iradlarını bildirib, bütün müəssisələr üzrə regional tədbirlərin və yeni layihələrin həyata keçirilməsinin və mətbuat xidməti ilə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Sonra idarənin rəis müavini İlham Əhmədov altı ayın yekunlarına həsr olunmuş hesabat məruzəsilə çıxış edib. Bildirib ki, hesabat dövrü ərzində region üzrə Region üzrə 250 – dən cox tədbirlər (konsertlər, anım günləri, sərgilər, şair və yazıçılarla görüşlər və s.) keçirilib. Həmçinin, Regional idarənin müəllimlərdən ibarət xalq çalğı alətləri orkestiri, Xor kollektivi, “Buta” qızlar ansamblı, “Zərif” qızlar ansamblı yaradılıb.
Hesabat dövründə keçirilən tədbirlər möhtəşəmliyi ilə ötən illərdən xüsusən fərqlənib. Beləki, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi, Silahlı Qüvvələr günü ilə bağlı şəhər və rayonlarəmızda, hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
O da qeyd olunub ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalında regional idarəsinin tabe müəssisələri fəal iştirak edir.
Daha sonra idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələri rəhbərləri çıxış edərək bildiriblər ki, qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq, irad və təkliflər nəzərə alınaraq yeni layihələr hazırlanıb idarəyə təqdim olunacaq.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Oxşar xəbərlər