
İdarə rəisi həmçinin, hesabat konsertlərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı tapşırıqlarını verib, keçirilən tədbirlərin keyfiyyətinin artırılması, mətbuatda işıqlandırılması və KİV nümayəndələrinin tədbirlərə cəlb olunmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, Mehman Şükürov regional idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri haqqında məlumatların baş idarəyə vaxtında çatdırılması, bu işə məsul olan şəxslərin baş məsləhətçilər tərəfindən müəyyənləşdirilməsi, işinə məsuliyyətsiz yanaşan işçilər haqqında ciddi tədbir görülməsi ilə bağlı tapşırıqlarını verib.
Daha sonra çıxış edən idarə rəisinin müavini İlham Əhmədov məsləhətçilər arasında aparılan vəzifə bölgüləri və mədəniyyət işçilərinin işə davamiyyəti, nizam-intizam qaydaları haqqında danışıb.
Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələri rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.
Sumqayıt Regional mədəniyyət idarəsinin
Mətbuat xidməti


