Bərdədə canavarlar kəndə hücum etdi

Bərdədə canavarlar kəndə hücum etdi Bərdə rayonunun Məmmədli kəndində qoyunlara canavarlar hücum edib.
Gecə saatlarında qoyunların olduğu qapalı əraziyə soxulan vəhşi heyvanlar orda olan 16 qoyunu öldürüb, 28 qoyunu isə yaralayıb. Hadisə Ziyad Allahverdiyevin təsərrüfatında baş verib.
Baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər