Əlcəzairin keçmiş baş naziri prezidentlik yarışına qatılıb

Əlcəzairin keçmiş baş naziri prezidentlik yarışına qatılıb Əlcəzairin keçmiş baş naziri Əli Benflis bu il dekabrın 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Siyasətçinin qərarı Talai əl-Hürriyyət partiyasının mərkəzi komitəsinin iclasının sonunda elan edilib. Benflis ölkəni böhranın yaratdığı təhdidlərdən qurtarmaq, dövlətin dağıdılmasının qarşısını almaq və siyasi sosial-iqtisadi çətinliklərlə üzləşmək üçün seçkilərə qatılmaq qərarı verib.
Partiyanın lideri qarşıdaki seçkilərlə bağlı bunları bildirib: "Vətəndaşları qarşıdan gələn seçkilərdə iştiraka təşviq etmək üçün tədbirlər görmək lazımdır. Bu, səsverməyə inam təmin edəcək".

Tehsil-press.az

Oxşar xəbərlər