Sahil Babayev Tərtər, müavinləri Bərdə və Ağcabədidə vətəndaşlarla görüşəcəklər

Sahil Babayev Tərtər, müavinləri Bərdə və Ağcabədidə vətəndaşlarla görüşəcəklər Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq oktyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayonunda Tərtər və Ağdam rayonlarının vətəndaşlarını fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Bərdə rayonunda, Mətin Kərimli isə Ağcabədidə Ağcabədi və Laçın rayonlarının vətəndaşları ilə görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq oktyabrın 9-dək qəbula yazıla bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər