
Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən, “Veteran” klubunun üzvlərinin iştirakı ilə “Sumqayıt- yaşıdım mənim” adlı dəyirmi masa keçirilib.Tədbirirdə kitabxanaçı Dilarə Ağakişiyeva şəhərin 70 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışaraq, Sumqayıtın tarixi haqqında geniş məlumat verib. Sonra tədbir iştirakçıları Elxan Kərimov, Allahverdi Şərifov, Qətibə Səfərova, Şahin Əliyev və başqaları doğma şəhərin inkişafından, ictimai həyatından söz açıblar. Daha sonra Nizami Gəncəvi adına Kitabxana Klubunun müdiri Zərnigar Babayeva, AYB-Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, KİV nümayəndələri Aynurə Ulduz, Miraslan Rasim, Şahin Qəribin mövzu ilə əlaqədar fikirləri dinlənilib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti


