S.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilib

S.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada “Oxucu ilə üz-üzə” layihəsi çərçivəsində AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilib.
Tədbirdə kitabxananın oxucuları, şairənin qələm dostları iştirak edib. Tədbiri giriş sözü ilə yazıçı, publisist Hafiz İmamnəzərli açıb, şairənin həyatı və yaradıcılığı haqqında məlumat verib. O, bildirib ki, Gülnarə xanimin yaradıcılığı həyatı sevən bir şairənin poetik yaşantılarıdır.
Tədbirdə şairənin qələm dostları və şəhərimizin ziyalıları Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı, Namiq Məna, Almaz Sahilə, Elbrus Qayalı, Əyyub Qiyas, Xəqani Abbasəli, Müqəddəs Şahbazov, MKS-in direktoru Yeganə Əhmədova, Nizami adına Kitabxana klubun direktoru Zərnigar Babayeva çıxış edərək şairə haqqında öz ürək sözlərini söyləyib, yaradıcılıq uğurları arzulayıblar. Tədbirdə Əməkdar Artist İzaməddin Bağırovun, eləcə də S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin nəznində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Klubun üzvlərinin ifasında müəllifin şeirləri dinlənilib.
Daha sonra Gülnarə Cəmaləddin tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib, son illərdə yazdığı şeirləri ifa edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


S.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilibS.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilibS.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilibS.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilibS.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilibS.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilibS.Vurğun adına Mərkəzi kitabxanada AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinlə görüş kecirilib

Oxşar xəbərlər