Sumqayıtın 70 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıtın 70 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib Sumqayıt şəhərinin 70 illiyi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhərin mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.
Sumqayıt şəhər Q.Qarayev adına Uşaq Musiqi məktəbində hesabat konserti keçirilib. Konsertdə şagirdlərdən ibarət xor kollektivinin ifasında “Azərbaycan”, “Sumqayıt” mahnıları səslənib. Sonra şagirdlərin ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini dinlənilib.
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanası 8 saylı orta məktəblə birgə “Sumqayıt-zəmanəmizin möcüzəsi” adlı ədəbi-bədii gecə keçirib. Tədbirdə Sumqayıtın tarixi, şəhərin inkişaf mərhələləri, Azərbaycan tarixi və iqtisadiyyatında, mədəniyyətində tutduğu mövqeyi, Sumqayıtın memarlıq abidələri, eləcə də şəhərimizin simvoluna çevrilmiş V.Nəzirov və A.Quliyevin müəllifi olduğu “Göyərçin” abidəsi, 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmış Qağayı abidəsi haqqında məlumat verilib. Sonra Sumqayıta həsr olunmuş ədəbiyyatları özündə əks etdirən “Yaş ötdükcə cavanlaşan Sumqayıt” adlı sərgi haqqında xülasə verilib. Daha sonra 8 saylı məktəbin şagirdlərinin ifasında şeirlər, musiqilər səslənib, rəqs nömrələri ifa olunub, “Sumqayıt” mahnısı dinlənilib.
Nizami Gəncəvi adına Kitabxana Klubda “Sumqayıt dünən, bu gün, sabah” adlı dəyirmi masa keçirilib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və Sumqayıt ağsaqqallarının iştirak etdiyi tədbirdə “Sumqayıtın tarixinə bir nəzər” mövzusunda məruzə dinlənilib, Sumqayıtın tarixi, əmək qəhrəmanları, elm adamları, idmançıları haqqında ədəbiyyatları özündə əks etdirən “Sumqayıt taleyimin şəhəridir” adlı sərgi haqqında məlumat verilib. Daha sonra tədbirə dəvət olunan qonaqlar Sumqayıtın yaranması, şəhərimizin dünəni və bu günü haqqında fikirlərini bölüşüb, oxucuların suallını cavablandırıblar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıtın 70 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıtın 70 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər