Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə VII açıq Respublika turniri start götürüb

Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə VII açıq Respublika turniri start götürüb Bu gün Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə VII açıq Respublika turniri start götürüb.

Turnirin təşkilatçısı Azərbaycanı bütün dünyaya tanıdan həmyerlimiz Oleq Krapivinindir. Məhz respublikamızda, o cümlədən Şamaxıda güləşin inkişaf etdirilməsində Krapivinin xidmətləri olduqca böyükdür. Bu yarış da məhz məşhur idmançının öz vəsaiti hesabına təşkil edilib.
Turnirin təşkilat komitəsinin üzvü, məşhur güləşçi Namiq Abdullayev Mediainfo.az saytına və “Oxu məni” qəzetinə verdiyi açıqlamasında deyib ki, yarışlarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 400-ə yaxın güləşçi mübarizə aparır. O qeyd edib ki, yarışlarda mükafata layiq yerlər tutan idmançılara pul mükafatı veriləcək. Abdullayev qeyd edib ki, bundan əlavə həvəsləndirici mükafatlar da nəzərdə tutulub. Namiq Abdullayev onu da xüsüsi vurğulayıb ki, yarış iştirakçılarının bütün xərcləri həmyerlimiz, məşhur bədən tərbiyəsi xadimi Oleq Krapivin tərəfindən ödənilir: “ Turnirdə bəzi ölkələr, o cümlədən İran, Rusiya və Qazaxıstan iki komanda ilə iştirak edirlər. Mən əminəm ki, bu yarışlarda iştirak edən yeniyetmələr arasından ölkəmizi bütün dünyaya tanıdacaq Olimpiya, Avropa və Dünya çempionları yetişəcək”.
Mərasim iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edərək oraya gül dəstələri qoyublar. Bundan əlavə onlar Heydər Əliyev Mərkəzinə gedərək orada ulu öndərin fəaliyyəti ilə bir daha yaxından tanış olublar.
Turnirin açılış mərasimindən əvvəl yeniyetmə güləşçilər arasında ilkin mərhələnin seçmə yarışları keçirilib. İlkin mərhələ yarışlarında qalib gələnlər növbəti mərhələdə çıxış etmək imkanı əldə ediblər. Daha sonra Şamaxı Olimpiya İdman Kompleksində turnirin açılış mərasimi keçirilib. Açılış mərasimi idmançıların paradı ilə başlayıb və Azərbaycanın dövlət himni səsləndirilib. Açılış mərasimində çıxış edən Şamaxı Gənclər və İdman İdarəsinin rəhbəri Şahmar Hüseynov respublikamızda, o cümlədən Şamaxıda güləşin inkişaf etdirilməsində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin böyük xidmətlərinin olduğunu vurğulayıb və ona bu əməyinə görə təşəkkürünü bildiirb. Sonra o sözü Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova verib. Tahir Məmmədov respublikamızda idmanın inkişafında ölkə rəhbərliyinin böyük xidmətlərinin olduğunu və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O deyib ki, bunun da nəticəsində idman sahəsində ölkəmizi dünyaya tanıdan məşhur idmançılar yetişib. İcra başçısı həmçinin Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin respublikamızda, o cümlədən onun ana yurdu olan Şamaxıda güləşin inkişaf etdirilməsində roluna və belə bir möhtəşəm turnirin keçirilməsində xidmətlərinə görə ona razılığını bildirib. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivin öz çıxışında Azərbaycanı doğma vətəni saydığını deyib və respublikamızda idmanın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxladığına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Krapivin həmçinin ölkəmizdə, o cümlədən anadan olduğu doğma Şamaxıda idmanın inkişafına azacıq da olsa töhfə verməsindən qürur duyduğunu vurğulayıb və idmançılara uğurlar arzulayıb.
Tədbirdə həmçinin millət vəkili Fuad Muradov, iqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev çıxış edərək respublika rəhbərliyinin ölkəmizdə idmanın inkişafını diqqət mərkəzində saxladığını bildiriblər. Eyni zamanda çıxış edənlər belə möhtəşən turnirin keçirilməsində xüsusi rolu olan Krapivinə bir daha təşəkkür ediblər. Çıxışlardan sonra Azərbaycanda güləşin inkişafında xidmətlərinə görə, Krapivinə Olimpiya qəzetinin xüsusi kuboku təqdim edilib. Bundan əlavə Qazaxıstan nümayəndə heyəti tərəfindən Krapivinə qazax milli geyimi təqdim edilib.
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə VII açıq Respublika turnirinə sabah yekun vurulacaq.

Əziz Mustafa

Murad Şahməmmədov

Oxşar xəbərlər