
Fləşmobda tələbələr “Qarabağ Azərbaycandır!” şüarını nümayiş etdiriblər.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha öz qəti və prinsipial mövqeyini dünya ictimaiyyətinə çatdırıb. Dövlət başçımız xalqımızın milli maraqlarını və Azərbaycanın ərazi bütövlüyünü ifadə edərək demişdir: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Ölkə Prezidentinin bu ədalətli və prinsipial mövqeyini xalqımız yüksək səviyyədə dəstəkləyir.
BSU-nun Mətbuat Xidməti