Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı Almaniyanın paytaxtı Berlində fermerlərin tətili ilə əlaqədar şəhərin mərkəzi küçələri bağlanıb.
Fermerlər şəhərə yüzlərlə traktor və digər kənd təsərrüfatı texnikası cəlb edib.
Qeyd olnur ki, etirazlar hökumətin aqrar siyasətinə qarşı yönəlib. Fermerlər iddia edir ki, bu yay baş vermiş quraqlıqla əlaqədar hökumət kənd təsərrüfatına lazımi qədər yardım göstərməyib.
Hazırda Berlində aksiya ilə əlaqədar yol hərəkətinin nizamlanması üçün 600 polis cəlb olunub.
Tətil Almaniyanın digər şəhərlərində də keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər