Azərbaycan Dövlət Pedaqoji Universitetində kitab sərgisi

Azərbaycan Dövlət Pedaqoji Universitetində kitab sərgisi Oktyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı, İncəsənət və fiziki tərbiyə fakültəsinin dəstəyi ilə kitab sərgisi keçirilib.
Tədbirdə Kitabxana İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova çıxış edib. Bildirib ki, Təhsil Nazirliyi tərəfindən Kitabxana-İnformasiya Mərkəzinə növbəti dəfə 109 adda 1600 kitab hədiyyə olunub. Çoxlu sayda kitablar içərisində Azərbaycan klassiklərinin əsərləri, dünya ədəbiyyatı, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Emin Sabitoğlunun, Arif Məlikovun əsərləri, korifey incəsənət xadimlərinin həyat və fəaliyyəti öz əksini tapır.
Tədbirdə digər çıxış edənlər bu cür sərgilərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər