ABŞ Konqresi qondarma erməni soyqırımını rəsmən tanıdı

ABŞ Konqresi qondarma erməni soyqırımını rəsmən tanıdı ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq edib.
405 konqresmen qətnamənin lehinə, cəmi 11 nəfər əleyhinə səs verib.
Sənəd Nümayəndələr Palatasına demokrat Adam Şiff tərəfindən təqdim edilib.
Qəbul edilən layihə Senatda müzakirəyə çıxarılacaq.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz tvitter mikrobloqunda qətnamənin qəbul edilməsini tənqid edib. O, konqresmenlərin qərarını utancverici hesab edib və bunu tarixdən siyasi məqsədlərə çatmaq üçün istifadə etmək cəhdi hesab edib.

Tehsil-press.az

Oxşar xəbərlər