Təhsil naziri Fransada səfərdədir

Təhsil naziri Fransada səfərdədir Təhsil naziri Ceyhun Bayramov UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində noyabrın 13-də keçiriləcək Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris şəhərində səfərdədir.
Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə UNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Səfər çərçivəsində Ceyhun Bayramovun UNESKO Baş Direktorunun təhsil üzrə müavini Stefani Giannini ilə görüşü, eləcə də UNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransa Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı səmərəli strategiyalar mövcuddur?” mövzusunda tədbirdə iştirakı planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər