Azərbaycan-Fransa təhsil əlaqələri genişlənir

Azərbaycan-Fransa təhsil əlaqələri genişlənir Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransı və Bolonya Siyasəti Forumunda iştirak etmək məqsədilə Fransanın paytaxtı Parisdə səfərdədir.
Səfər çərçivəsində F.Qurbanov Fransanın ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb.
Görüşdə Azərbaycan və Fransa arasında təhsil əlaqələrinin genişləndirilməsi, ikili diplom proqramlarının yaradılması, sosial elmlər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat proqramlarının və nəşrlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. Əvvəllər uğurla təşkil olunmuş Azərbaycan-Fransa universitetlərarası forumunun keçirilməsinin davam etdirilməsi təşəbbüsü irəli sürülüb.
Nazir müavini, eyni zamanda, Rumıniyanın milli təhsil naziri Valentin Popa və Belarus Respublikasının təhsil naziri İqor Karpenko ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Kəmalə Rəhimli


Azərbaycan-Fransa təhsil əlaqələri genişlənirAzərbaycan-Fransa təhsil əlaqələri genişlənir

Oxşar xəbərlər