Xaricdə doktorantura təhsili almaq istəyən namizədləri müsahibə komissiyaları müəyyənləşdirəcək

Xaricdə doktorantura təhsili almaq istəyən namizədləri müsahibə komissiyaları müəyyənləşdirəcək “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda iştirak etmək istəyən namizədlərlə müsahibələri Təhsil Nazirliyi tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müvafiq komissiyalar aparacaq.
Bunu Azərbaycan Respublikasının Təhsil nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.
O bildirib ki, Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşlarından formalaşdırılacaq. Müsahibə komissiyalarının tərkibinə namizədlərin ixtisas istiqamətlərinə uyğun sahə üzrə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi olan mütəxəssislər cəlb edilə bilərlər. Müvafiq komissiyalara üzv olan Nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər