Bu ilin 10 ayında ölkəyə 13 min tonadək əczaçılıq məhsulları idxal edilib. İdxal edilən əczaçılıq məhsullarının dəyəri 235 milyon 697 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 242 milyon 186 min dollarlıq 13 min 533 ton əczaçılıq məhsulları idxal edilib.