Zeynəb Məmmədyarova da deputatlığa namizəd olacaq
Tanınmış şahmatçı Zeynəb Məmmədyarova fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək. Bu barədə Tehsil-pess.az-a beynəlxalq qrossmeysterin özü məlumat verib.
36 yaşlı şahmatçımız Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Z. Məmmədyarova şahmatçı Şəhriyar Məmmədyarovun bacısıdır. O, 2013-cü ilin sentyabrında Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib.
Tehsil-press.az
- Baxış: 5130
Xəbərin tarixi: 11.12.2019 / 11:44
-
Oxşar xəbərlər