Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda

Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbidən əvvəl universitet rəhbərliyi Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Anım tədbirində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir şəraitdə fövqəladə missiyanı öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinə yönələn təhlükələri aradan qaldırıb, uzaqgörənliyi, müdrikliyi və zəkası ilə vətəndaş müharibəsinin qarşısını alıb, dövrün sərt sınaqlarına qalib gələrək müasir dövlətçilik sisteminin əsaslarını yaradıb, Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib.
Tədbirdə vurğulanıb ki, ümummilli liderin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünəcək.
Anım tədbirinin sonunda Heydər Əliyevin həyat və fəaliyətindən bəhs edən sənədli film nümayiş olunub.

Mətbuat Xidməti


Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda

Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda

Azərbaycan Universitetinin rəhbərliyi Fəxri Xiyabanda

Oxşar xəbərlər