Coğrafiya İnstitutunda “Məndə sığar iki cahan” adlı tədbir keçirilib

Coğrafiya İnstitutunda “Məndə sığar iki cahan” adlı tədbir keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatı və Qadınlar Şurası Fəlsəfə İnstitutu ilə birgə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Məndə sığar iki cahan” adlı tədbir keçirib.
Tədbirdə Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov giriş sözü ilə çıxış edib. O qeyd edib ki, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması ölkəmizin zəngin tarixi, mədəni irsinin qorunub saxlanılması, tədqiqi və təbliği baxımından böyük töhfədir.
İnstitutun Qadınlar Şurasının sədri Luiza Salayeva Nəsiminin Azərbaycanın böyük şairi, dövrünün görkəmli mütəfəkkiri olduğunu qeyd edib. O, şairin şeirlərinin bədii quruluş və məzmunca orijinal və çox qiymətli olduğunu bildirib. Vurğulayıb ki, Nəsimi Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb.
Sonra filologiya üzrə fəlsəfə doktoru Əli İbrahimovun “Nəsimi poeziyasında kamil insan məfhumuna fəlsəfi baxış” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər