Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nizamişünaslıq və ədəbiyyat nəzəriyyəsi şöbələrinin təşkilatçılığı ilə “Həmid Araslı-110” adlı tədbir keçirilib.
Tədbirdə professorlar Tahirə Məmməd və Nizami Məmmədov, dosent Təhminə Bədəlova akademik Həmid Araslının çoxcəhətli elmi yaradıcılığı, məhsuldar pedaqoji fəaliyyəti, eyni zamanda, alimin ölkənin mədəni-ictimai həyatında yaxından iştirakı barədə məruzələrlə çıxış ediblər. Bildirilib ki, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və alim kimi geniş şöhrət qazanan Həmid Araslı çoxsaylı araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Qeyd edilib ki, Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlayıb, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf edib. O, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlayıb.
Sonra Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı tədbirin təşkilinə görə Bakı Slavyan Universitetinin rəhbərliyinə və iştirakçılara dərin minnətdarlığını bildirib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti