
Sessiya müddətində institutda təhsil alan 4 magistrantın birinci və üçüncü yarımildə tədris olunan ixtisas və qeyri-ixtisas fənlərindən yekun biliyi qiymətləndiriləcək.
Bu gün təşkil olunan ilk imtahanda I kurs magistrantlar dərinləşdirilmiş üzvi kimya, II kurs magistrantlar isə aşqarlar kimyası fənnindən imtahan veriblər. Onlar 2 saat müddətində 5 sualı yazılı cavablandırıblar.
Şöbə müdiri qeyd edib ki, qış imtahan sessiyası yanvar ayının sonuna qədər davam edəcək.
Tehsil-press.az