Ərdoğan: ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb

Ərdoğan: ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılışı mərasimində deyib.
O bildirib ki, Türkiyə regionun hərbi əməliyyatlar zonasına çevrilməsini istəmir:
“Heç kimin öz maraqları uğruna bütün regionu yanğın bölgəsinə çevrimək ixtiyarı yoxdur. Biz əlimizdə olan bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik”.

Tehsil-press.az

Oxşar xəbərlər