
Məktəb binası 1963-cü ildə tikilib. 2013-cü ildə məktəbdə yenidənqurma və əsaslı təmir işləri aparılıb.
Hazırda təhsil müəssisəsində 760 şagird təhsil alır.
Məktəbin şagirdləri müxtəlif müsabiqələrdə və bilik yarışlarında uğur qazanıblar. 2018-2019-cu tədris ilində məktəbi bitirən 38 məzundan 30-u ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyət əldə edərək tələbə adını qazanıb.
“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.
Tehsil-press.az