Kamil Seyidov təbliğata ulu öndər Heydər Əliyevin Saatlıdakı abidəsini ziyarətlə başladı

Kamil Seyidov təbliğata ulu öndər Heydər Əliyevin Saatlıdakı abidəsini ziyarətlə başladı 62 saylı Saatlı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru Kamil Seyidov təbliğatın ilk günündə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin abidəsi önünə əklil qoymuşdur. Sonra deputatlığa namzəd Azərbaycanın suverenliyi uğrunda Qarabağ döyüşlərində həyatını qurban vermiş şəhidlərin şərəfinə ucaldılmış kompleksi ziyarət etmiş və şəhidlərin abidəsi önünə əklil qoymuşdur.
Kamil Seyidov Qarabağ döyüşlərində Saatlı rayonunun ilk şəhidi Oruc Rzayevin şəhər qəbiristanlığındakı məzarını da ziyarət etmiş və onun məzarı önünə gül-çiçək dəstəsi qoymuşdur. Namzəd şəhər məsçidinə gedərək cümə namazına yığışan dindarlarla görüşmüş və təbliğat-təşviqat kompaniyasına başlaması ilə əlaqədar olaraq onların xeyir-duasını almışdır.

AARP-nin Mətbuat Xidməti


Kamil Seyidov təbliğata ulu öndər Heydər Əliyevin Saatlıdakı abidəsini ziyarətlə başladı

Oxşar xəbərlər