KXDR nüvə-raket sınaqları ilə bağlı moratoriumuna əməl etməyəcəyini açıqlayıb

KXDR nüvə-raket sınaqları ilə bağlı moratoriumuna əməl etməyəcəyini açıqlayıb Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə-raket sınaqları ilə bağlı özünün müəyyən etdiyi moratoriuma bundan sonra əməl etməyəcəyini açıqlayıb.
KXDR buna səbəb kimi ABŞ-ın tətbiq etdiyi “qəddar və qeyri-insani” sanksiyaların davam etməsini göstərib. “Biz artıq digər tərəfin yerinə yetirmədiyi öhdəliklərə birtərəfli qaydada bağlı qalmağın mənasını görmürük”, - deyə Şimali Koreyanın BMT-nin Cenevrə bölməsindəki nümayəndəliyinin müşaviri Cu Yonq-çol qurumun himayəsi ilə keçirilən tərksilah konfransında bildirib.
Vaşinqtonu Pxenyana qarşı “ən kobud və qeyri-insani” sanksiyalar tətbiq etməkdə ittiham edən KXDR diplomatı, ABŞ tərəfdən bu cür siyasətin davam etdiriləcəyi halda Koreyanın nüvə silahsızlaşdırılmasının baş tutmayacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, KXDR tərəfi nüvə danışıqlarının bərpasından ötrü yeni təkliflər irəli sürmək üçün ABŞ-a 2019-cu ilin sonunadək vaxt vermişdi.

Tehsil-press.az


Oxşar xəbərlər