
Tədbirdə institutun elmi katibi Rafail Rzayevin “Davamlı inkişaf və davamlı istehlak” mövzusunda məruzəsi dinlənilib. Məruzədə davamlı inkişaf, onun ekoloji aspektlərindən bəhs olunub. Davamlı istehlakın mahiyyəti, fərdi istehlakın nəticələrinin ətraf mühitə təsiri, problemin həlli üçün görülən tədbirlər, eləcə də inkişaf etmiş ölkələrin bu istiqamətdə təcrübəsi haqda ətraflı məlumat verilib. Habelə Azərbaycanda davamlı istehlakın təmin edilməsi üçün təkliflər səsləndirilib. Daha sonra suallar cavablandırılıb.
Tehsil-press.az