Geologiya və Geofizika İnstitutunda informasiya monitoru fəaliyyətə başlayıb

Geologiya və Geofizika İnstitutunda informasiya monitoru fəaliyyətə başlayıb AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) informasiya monitoru onlayn qaydada fəaliyyətə başlayıb.
İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı xəbər, fotolent, videosüjet və digər janrlarda materiallar, dünya geologiya və geofizika aləmində baş verən yeniliklər və digər məlumatlar monitorda bütün iş günləri ərzində Azərbaycan və rus dillərində işıqlandırılır.
Monitorun fəaliyyətə başladığı ilk həftədə isə bu elm ocağında keçirilmiş ümumrespublika elmi şurasının iclası, şöbələrdə aparılan tədqiqat işlərinin nəticələri, Təl-Əviv Universitetinin professoru Yuriy Katsın AMEA Yer Elmləri Bölməsinin fəaliyyəti haqqında məqaləsi, AMEA-nın müxbir üzvü, GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynovun “Strateji yol xəritəsində əsas məqsəd iqtisadiyyatın dinamik inkişafı və vətəndaş rifahının yüksəldilməsidir” məqaləsi, institut əməkdaşlarının xarici ölkələrdə aparacaqları elmi-tədqiqat işləri və digər materiallar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər