AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında anlaşma memorandumu imzalanıb. Sənədi GGİ-nin direktoru, akademik Akif Əlizadə və ADNSU-nun rektoru, professor Mustafa Babanlı imzalayıblar.
Memorandumda geologiya elminin qarşılıqlı maraq doğuran sahələri üzrə birgə elmi tədqiqatların aparılması, məqalələrin çapı və kadr hazırlığının həyata keçirilməsi, bu sahədə hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından istifadə, baza kafedraların və ya mövcud kafedraların filiallarının yaradılması kimi məsələlər əksini tapıb.
Sənəddə, həmçinin birgə elmi konfrans və simpoziumların təşkili, müvafiq elmi istiqamətlər üzrə monoqrafiya, dərslik və dərs vəsaitlərinin hazırlanması, eləcə də digər işlər nəzərdə tutulub.
Qeyd edək ki, memorandum 5 il müddətində qüvvədə olacaq.

ADNSU-nun Mətbuat Xidməti