Turizm və Menecment Universitetində növbəti “Açıq qapı” günü

Turizm və Menecment Universitetində növbəti “Açıq qapı” günü Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” gününün iştirakçıları universitetin fəaliyyəti və hədəfləri barədə ətraflı məlumatlandırılıb, imtahanların gedişini izləyiblər.
Rektor İlham Mədətov ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən universitetdə qış imtahan sessiyasının təşkilini şərtləndirən zəruri tədbirlərin icrasından bəhs edib.
Diqqətə çatdırılıb ki, Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2019-cu il 6 dekabr tarixli əmrinə əsasən ATMU-da ötən il dekabrın 29-dan başlanan qış imtahan sessiyası fevralın 3-də başa çatacaq. Universitetdə qış imtahan sessiyasının təşkili işlərinin mütəşəkkil, operativ, eyni zamanda, nəzarətin yüksək səviyyədə həyata keçirilməsi üçün İmtahana Nəzarət qrupu yaradılıb. Yazılı imtahanların nəticələri növbəti, şifahi imtahanların nəticələri həmin gün elan olunur. İ.Mədətov tələbələrin müraciətlərinə anındaca baxılması məqsədilə universitet rəhbərliyi, tələbə ictimai təşkilatları və ictimaiyyət nümayəndələrindən ibarət İmtahan Qərargahının və Apellyasiya Komissiyasının fəaliyyətindən söz açıb. O, komissiyaya daxil olan müraciətlərin nəticəsindən tələbələr narazı qaldığı təqdirdə, həmin şikayətlərə yenidən baxılması üçün müxtəlif ixtisaslı mütəxəssislərin cəlb olunduğunu deyib.
“Açıq qapı” günündə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, “Mado” restoranlar şəbəkəsi, “YARAT” Müasir İncəsənət Məkanının nümayəndələri, həmçinin məzunlar və tələbələrin valideynləri iştirak ediblər.
ATMU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası uğurla davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər