Magistraturaya sınaq imtahanının nəticələri açıqlanıb

Magistraturaya sınaq imtahanının nəticələri açıqlanıb Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 2-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.
Hər bir iştirakçı mərkəzin internet saytında imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 847 nəfərdən 19 nəfər imtahana gəlməyib. Bir nəfərin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və nəticəsi ləğv olunub.

Tehsil-press.az

Oxşar xəbərlər