Ən təhlükəsiz Asiya ölkələri açıqlandı

Ən təhlükəsiz Asiya ölkələri açıqlandı Məşhur turistik portal – “Big 7 Travel” ən təhlükəsiz Asiya ölkələrinin reytinqini hazırlayıb.
Sıralanma aşağıdakı kimidir:
Cənubi Koreya
Yaponiya
Tayvan
Makao
Honkonq
Sinqapur
Vyetnam.
Belə ki, Cənubi Koreyeda infeksion xəstəliklərə yoluxma riski çox aşağıdır. Yaponiya, Makao və Tayvanda, eskpertlər qeyd edir ki, cinayətkarlığın səviyyəsi aşağıdır, eləcə də vətəndaşlar arasında iğtişaşların baş verməsinin ehtimalı azdır.
Honkonqda koronavirus səbəbindən narahatlığın olmasına baxmayaraq, bu, səyahət üçün yetərincə təhlükəsiz yerdir. Ekspertlərin fikrincə, burada oğurluq və terrorizm riski aşağıdır. Turistlər üçün ən böyük təhlükə cibgirlər və təbii fəlakətlərin baş vermə ehtimalıdır.
Sinqapurda vaxtaşırı siyasi iğtişaşlar, etirazlar və kiçik cinayətlərin səviyyəsində artım baş verir.
Vyetnam tibbi yardım və etibarlı xilasetmə xidmətləri üzrə yüksək reytinqə sahibdir, lakin burada qida və su zəhərlənmələrinin riski var.

Tehsil-press.az

Oxşar xəbərlər