Ermənistan referenduma gedir

Ermənistan referenduma gedir Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini seçməyi nəzərdə tutan referendumun keçirilməsi haqda qanun layihəsini qəbul edib.
Layihənin lehinə 88, əleyhinə 15 nəfər səs verib. “Çiçəklənən Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib.
Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts jurnalistlərə açıqlamasında referendumun martın sonu aprelin əvvəlində keçirilməsinin nəzərdə tutulduğunu bildirib:
“Referendumun vaxtı prezidentin bu qərarı imzalayacağı vaxtdan asılıdır. Ehtimal ki, bu martın sonundan aprelin 5-dək baş tuta bilər”.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.
Ermənistanın Baş Naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Tovmasyanın üçüncü prezident Serj Sarkisyanın tərəfdarı olduğunu və Konstitusiya mətnini onun maraqlarına uyğun dəyişdiyini iddia edib:
“Sarkisyanla Tovmasyan arasında belə bir razılaşma əldə olunub ki, Tovmasyan ona ölkəyə ömürlük rəhbərlik etməsinə şərait yaradan mətn hazırlamalı və həmin mətn 2035-ci ilədək onu qorumalıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər