Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

Trampı öldürməklə hədələyən şəxs saxlanıldı ABŞ Prezidenti Donalt Trampı öldürməklə hədələyən Florida ştatının sakini Rodcer Hedcpet hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
O, Ağ Evin yaxınlığında tutulub. İnsident şənbə günü səhər saatlarında baş versə də, mətbuata bu barədə bir sutkadan sonra məlumat verilib. 25 yaşlı Florida sakini polisə üzərində bıçağın olduğunu və onunla Prezident Trampı öldürmək niyyəti barədə deyib.
Rodcer Hedcpet ABŞ Məxfi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun psixoloji problemləri olduğu məlum olub. Sakinin üzərində 9 santimetrlik ülgüclü bıçaq və boş tapança koburası tapılıb.

Tehsil-press.az

Oxşar xəbərlər