BDU tələbələri immunçatışmazlığı xəstəlikləri ilə bağlı məlumatlandırılıb

BDU tələbələri immunçatışmazlığı xəstəlikləri ilə bağlı məlumatlandırılıb Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşəbbüsü ilə “Sağlam həyat, sağlam gələcək” mövzusunda tələbələrlə görüş keçirilib.

Görüşdə tələbələrə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) və İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) mahiyyəti, yayılma yolları və ondan qorunma vasitələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir və hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox yüksəkdir. Mərkəzin əməkdaşları gəncləri bu sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzinə marağı artırmaq üçün maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın, milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verməyin vacibliyini vurğulayıb, virusun simptomları, müasir müalicə metodları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Sonda İİV/QİÇS üzrə ilkin yoxlamaların aparılması və erkən diaqnostikanın təmin olunması məqsədilə tələbələrdən könüllü şəkildə qan nümunələri götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər