26 noyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda təcrübə keçən Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət ixtisasi üzrə qiyabi şöbədə təhsil alan 528q-23 saylı qrup tələbələri üçün “Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və bədbəxt hadisələrin qarşısının alınması” mövzusunda nəzəri-təcrübi seminar keçirilib. Seminarda instiutun Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tələbələrə əməyin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericilik və normativ qaydaları, müəssisədə risklərin minimuma endirilməsi, yanğından mühafizə tədbirləri, baş verə biləcək bədbəxt hadisələr zamanı görüləcək işlər, odsöndürən vasitələrin növləri və istifadə qaydaları haqqında məlumat və təlimatlar verib. Məruzəçi əməyin mühafizəsi qaydalarının düzgün tətbiqinin sağlamlığın qorunması və istehsalatda səmərəliliyin artırılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Məruzəçi tələbələrə təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunması və bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə tövsiyə və göstərişlər verib. Onlara mövzu ilə bağlı video-çarxlar nümayiş olunub.
Tehsil-press.az






