
Bu barədə NBC telekanalı 86 faiz seçici bülletenlərini yoxladıqdan sonra bildirib.
NBC hazırda 26.1 faiz səs toplayan Sandersin liderliyi əlindən buraxmayacağinı hesab edir. Onun birinci rəqibi isə Saut-Bend (İndiana ştatı) şəhərinin eks-meri Pit Buttecacdır (24.3 faiz).
Seçicilərin 19,9 faizinin dəstəyi ilə üçüncü yeri Minnesotadan olan senator Emi Klobuşar, dördüncü yeri (9,4%) Massaçusets senatoru Elizabet Uoren tutur. Bir neçə ay seçki yarışının lideri sayılan ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, 8,4% səslə beşinci yerdədir
Nyu-Hempşir praymerizi (ilkin seçkilər), ABŞ-ın hazırkı seçki dövrünün birinci mərhələsidir ki, burada Respublikaçı və Demokratlar Partiyalarının qarşıdakı milli qurultaylarında partiyadan prezidentliyə namizəd üçün bu və ya digər namizədi dəstəkləyəcək nümayəndələr seçilir.
Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçiriləcək.
Tehsil-press.az