Əfqanıstanda qar uçqunu - 21 nəfər öldü

Əfqanıstanda qar uçqunu - 21 nəfər öldü Əfqanıstanın Daykundi kəndində qar uçqunu baş verib.
Təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 10 nəfər yaralanıb. Daha 7 nəfər isə uçqun altında qalıb. Onların xilas edilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, qar uçqunu nəticəsində 50 ev dağılıb, onlarla heyvan tələf olub.

Tehsil-press.az

Oxşar xəbərlər