
Fevralın 17-də Ermənistan hökumətində xüsusi müşavirə keçirilib. Bu gün isə Ermənistan Hərbi polisinin rəisi Artur Bağdasaryan və Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə İdarəsinin rəisi, general-mayor Alik Aleksanyan da daxil olmaqla Müdafiə Nazirliyinin bir neçə yüksək vəzifəli şəxsi istefaya göndərilib.
Bundan əlavə, erməni mətbuatında qondarma Dağlıq Qarabağın “müdafiə naziri”, general-leytenant Karen Abramyanın da vəzifəsindən getdiyi haqda informasiya dərc olunub.
Tehsil-press.az