Dövlət Neft və Sənaye Universitetində “Dispers mühitlərində nəql prosesləri” kitabının təqdimatı olub

Dövlət Neft və Sənaye Universitetində “Dispers mühitlərində nəql prosesləri” kitabının təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Dispers mühitlərində nəql prosesləri” (“Transport Phenomena in dispersed media”) kitabının təqdimatı olub.
AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev və ADNSU-nun kafedra müdiri Sakit Rəsulovun həmmüəllif olduqları kitab ABŞ-da “CRC Press” nəşriyyatında ingilis dilində çap olunub və qısa müddətdə dünyanın elmi ictimaiyyətinin diqqətini cəlb edib.
Tədbirdə çıxış edən alim və mütəxəssislər təqdim olunan kitabın əhəmiyyətindən danışıb, onun dəyərli elmi vəsait olduğunu vurğulayıblar.
Sonra Azİİ Elektron Kitab Evi tərəfindən nəşr haqqında hazırlanmış slayda baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər