Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı

Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı Rusiyanın S-400 zenit-raket kompleksləri təxminən aprel ayından sonra istifadəyə veriləcək.
Bu barədə Türkiyə Müdafiə Naziri Hulusi Akar bildirib.
H.Akar qeyd edib ki, hazırda təlim prosesi davam edir, işlər plana uyğun aparılır, heç kim buna şübhə etməməlidir.
Akar əlavə etdi ki, təxminən aprel ayından sonra S-400 istifadəyə veriləcək.
Qeyd edək ki, iyulun 12-də Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 komponentlərinin Türkiyəyə göndərilməyə başlandığını açıqlamışdı.

Tehsil-press.az

Oxşar xəbərlər