“Tələbəni düşündürən 6 sual” adlı seminar keçirilib

“Tələbəni düşündürən 6 sual” adlı seminar keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyəti və “Study Fi” tədris mərkəzinin birgə təşkilatçılığı ilə “Tələbəni düşündürən 6 sual” adlı seminar keçirilib.
Tələbə Elmi Cəmiyyətinin sədri Zəhra Hüseynova seminarı açıq elan etdikdən sonra “Study Fi” tədris mərkəzinin əməkdaşları Paşa Aydayev, Elnur Eyvazov, Turğay Camalov və Aysel Musazadə tələbələrin suallarını cavablandırıblar. Onlar “Xaricdə təhsil”, “Oxuya-oxuya işləyə bilərəmmi?”, “İş təcrübəm yoxdur. Nə edim ki, məni işə götürsünlər?“, İşə düzəlmək üçün bacarıq lazımdır, lakin ona çatmaq üçün maddi imkanım yoxdur”, “Nə qədər vaxta öyrənərəm?”, “Fərdi proqramla, yoxsa qrup ilə yaxşı öyrənərəm?” kimi suallara aydınlıq gətiriblər.
Seminar iştirakçılarına “Study Fi” tədris mərkəzinin xidmət və qiymətləri haqqında da məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər