Torpaqşünaslıq və Aqrokimya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib

Torpaqşünaslıq və Aqrokimya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib.
Qəbul Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya Qəbul Planı”na əsasən keçirilir.
Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Fəlsəfə doktoru proqramı üzrə (doktorantura):
2426.01 – Ekologiya” – 1 yer (əyani),
3101.01– “Aqrokimya” –1 yer ( əyani).
Fəlsəfə doktoru proqramı üzrə (dissertantura):
2511.01 – “Torpaqşünaslıq” – 1 yer;
3102.02 – “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” – 1 yer.
Elmlər doktoru proqramı üzrə (dissertantura):
2511.01 – “Torpaqşünaslıq” – 1 yer;
3101.01– “Aqrokimya” –1 yer;
3102.02 – “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” – 1 yer.
Sənədlər dekabrın 28-nə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Tehsil-press.az

Oxşar xəbərlər