
Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb. İşin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.
Dövlət Proqramında qeyd olunur ki, Lənkəran iqtisadi rayonu ərazisinin və Quba-Şabran çökəkliyinin seysmohidrogeodinamik şəraiti, Qobustan-Aşağı Kür tektonik zonasının dərinlik geoloji tektonik quruluşu öyrəniləcək və qiymətləndiriləcək.
Tehsil-press.az